Fosillərin kafiliyi

Görəsən ara keçid canlıların fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi "ara keçid canlılarıhazırda yoxdur, lakin yeni tədqiqatlar nəticəsində tapıla bilər" iddiası hələ də etibarlı ola bilərmi? Digər birsözlə, aparılan bütün fosil təqdiqatlarının nəticəsinə baxaraq, ara keçid canlıların əslində heç vaxt yaşamadıqları qəbul edilməlidir?, yoxsa yeni tədqiqatların nəticələri gözlənməlidir?

Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosillərin zənginliyi müəyyən edər. Paleontoloji məlumatlara baxdığımız zamanda, fosil izlərinin fövqəladə dərəcədə zəngin olduğunu görərik. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi vardır. Bu fosillərə baxılaraq, 250 min fərqli canlı növü təsvir edilmişdir və bunlar, hazırda yaşamaqda olan təxminən 1.5 milyon növə fövqəladə dərəcədə bənzərdir (yaşayan bu 1.5 milyon növün təqribən 1 milyonuböcək növüdür).Lakintapılanbir çox fosil nümunəsi arasında heç bir xəyali keçid canlı fosili tapıla bilməmişdir. Zəngin fosil izlərinə baxmayaraq, tapıla bilməyənkeçidcanlıların, yeni qazıntılar nəticəsindətapılmasıdaqeyri-mümkün görünür. Qlazqo Universitetindən paleontologiya professoru T. NevillCorc(T. Neville George), bu həqiqəti illərlə əvvəl bu cür qəbul etmişdir:

Fosil izlərinin (təkamüli) zəifliyini ortadan qaldıracaq bir açıqlama vermək artıq qeyri-mümkündür. Çünki əlimizdəki fosil izləriolduqca zəngindir və yeni kəşflər nəticəsində yeni növlərin tapılması qeyri-mümkün görünür... Hər cür kəşfə baxmayaraq, fosil izləri hələ də (növlər arası) boşluqlardan meydana gəlməyə davam edir.

Amerika Təbiət Tarixi Muzeyininmüdiri tanınmış paleontoloq Nils Eldric (Niles Eldredge) isə, Darvinin "fosilizləri kafi deyil, keçidcanlılarıbuna görə tapa bilmirik" iddiasının etibarlı olmadığını belə açıqlayır:

Bütün dəlillər, fosil izlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil izlərində) gördüyümüz boşluqlar, həyatın tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar qeyri-kafi fosilehtiyyatının nəticəsi deyil.

Robert Vesson (Robert Wesson) isə, 1991-ci ildə nəşr olunan “Beyond natural selection” adlı kitabında "fosil izlərindəki boşluqların həqiqi və faktiki" olduqlarını belə açıqlayır:

Necə ki, fosil izlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamüli) nəsilformalaşmasını göstərəcək izlərin yoxluğu, olduqca faktikidir. Növlər ümumiyyətlə çox uzun zaman dilimləriərzində sabit qalarlar.Növlər və xüsusilə də cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməzlər.Bunun əvəzinə, bir növ və ya cinsin başqasıyla yer dəyişdirdiyi müşahidə edilər. Dəyişmə isə əksəriyyətləanidir.

Bu vəziyyət, təkamül nəzəriyyəsinin 140 ildir irəli sürdüyü "keçid canlılarınfosilləri tapılmamışdır, lakin gələcəkdətapıla bilər" arqumentinin artıq etibarlı olmadığını göstərir. Fosil izləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və bu həqiqət qarşımıza konkret mənzərə çıxardır: fərqli canlı növləri, aralarında xəyali təkamüli "keçid canlıları" olmadan, yer üzündə bir anda və fərqli strukturlarıyla, ayrı-ayrı meydana gəlmişdirlər.

Geri

Kitablar

Qısa filmlər